22 Fevral 2019 00:57
660
İDMAN
A- A+

Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları - Cırtdan və Bəbirin təqdimatı olub


Bu il iyulun 21-dən 27-dək Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının başlanmasına 150 gün qalması münasibətilə bu mötəbər idman yarışının talismanları olan Cırtdan və Bəbir ictimaiyyətə təqdim edilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Kiçicik” mənasını daşıyan balaca oğlan Cırtdan ölkəmizdə uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıdlarından boyda balaca olmasına baxmayaraq, Cırtdan milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi, cəsarəti və mərdliyi ilə seçilir. Cırtdanla bağlı ən məşhur nağılların birində o, cəsarəti və zəkası ilə Divi aldadaraq özünü və dostlarını xilas edir. Bununla da gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman olduğunu sübut edir.

Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq və təbliğ edir. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək mümkündür. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürəti təcəssüm etdirir. Əvvəllər Qafqazda geniş yayılmış bəbir nəsli hazırda tükənmək üzrədir. Buna görə də nəinki Azərbaycanda, eləcə də regionda qorunan əsas cinslərdən biridir. Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, Azərbaycanda Qafqaz bəbirinin sayı 15-dən də aşağıdır. 2014-cü ildə IDEA İctimai Birliyi və bəbirlərin qorunması ilə məşğul olan beynəlxalq "Pantera” təşkilatı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış şəraitinin qiymətləndirilməsi və bu heyvanların qorunması məqsədilə xüsusi monitorinq proqramı hazırlanıb.

Azərbaycan təbiətinin və mədəni irsinin rəmzləri kimi, Avropa Gənclərinin Yay Olimpiya Festivalının rəsmi talismanları olan Cırtdan və Bəbir ölkəmizin şanlı tarixini və zəngin ənənələrini əks etdirir. Talismanlar 25 illik ənənəsi olan çoxnövlü mötəbər idman yarışında - Avropa Gənclərinin Yay Olimpiya Festivalında idmançıları qələbələrə ilhamlandıracaq, azarkeşlərə xoş anlar bəxş edəcəklər.

"Zirvələrə hazırıq” devizi altında keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalı Bakıda ilk addımlarını atacaq idmançıların gələcək karyeralarında həlledici mərhələ olacaq, gənc idman ulduzlarını bütün dünyaya tanıdacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video