22 Fevral 2019 00:49
443
CƏMİYYƏT
A- A+

Avtomobil hədiyyə edilən əlillərin arasında xocalılılar da var


Əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət başçısının tapşırığı ilə ötən il avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib. Ümumilikdə 136 nəfərə Neftçala Sənaye Parkında fəaliyyət göstərən "Azərmaş” MMC tərəfindən istehsal olunan "Khazar LX” avtomobilləri paylanılıb. Onlardan 110-u ölkənin ərazi bütövlüyünün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən müharibəsi və Çernobıl əlilləridir.

"Khazar LX” avtomobillərinin açarlarının sahibləri sırasında Xocalı rayonunun Kosalar kənd sakinləri, II qrup Qarabağ müharibəsi əlilləri Abdullayev Elman Eldar oğlu, Məmmədov Natiq Kamal oğlu və Əhmədov Vüqar Qiyas oğlu da var. Dövlət başçısının bu humanist addımından böyük sevinc və fərəh hissi keçirən avtomobil sahibləri öz təəssüratlarını belə bildirirlər.

Elman Abdullayev: "Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman məcburi köçkünləri, o cümlədən Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərini və şəhid ailələrini diqqət mərkəzində saxlayır, onların problemlərinin həlli üçün lazımi tədbirlər görür. Bizə göstərilən diqqət və qayğıya görə dövlətimizə və cənab Prezidentimizə minnətdarlıq edirik”.

Natiq Məmmədov: "Biz vətən yolunda çəkdiyimiz əziyyətlərə görə qarşılıq gözləməsək də, dövlətimiz tərəfindən qiymətləndirildiyimiz üçün çox sevinirik. Əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı nəticəsində onların sosial vəziyyəti gündən-günə yaxşılaşır. Bizə hədiyyə edilən avtomobillər göstərilən diqqət və qayğının bariz nümunəsidir”.

Vüqar Əhmədov: "Bizim ailənin avtomobilə ehtiyacı var idi. Avtomobilin verilməsi hər birimizi sevindirdi. Buna görə də ailə üzvlərim və öz adımdan Prezident

İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, işğal olunmuş torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən tapdağından azad edəcəyik”.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video