21 Fevral 2019 20:27
263
SİYASƏT
A- A+

Azay Quliyev: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövcud metodologiyasına yenidən baxılmalıdır


ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində assambleyanın üç ümumi komitəsinin birgə iclası keçirilib. Daimi Komitənin iclasında ATƏT PA-nın rəhbər strukturlarının başçıları hesabatla çıxış ediblər, parlamentarilər aktual mövzularla bağlı fikir mübadiləsi aparıblar.

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxışında assambleyanın obyektiv olmasının və ayrı-seçkiliyə yol verməməsinin vacibliyini bildirib və bu prinsiplərə əməl edilməsində baş katib Roberto Montellonun rolunu yüksək qiymətləndirib. O, son illər ATƏT PA-nın münaqişələrin həlli istiqamətində göstərdiyi prinsipial mövqeyin formalaşmasında beynəlxalq katibliyin göstərdiyi səyləri də qeyd edib. Sonda Azay Quliyev Roberto Montellonun növbəti 5 illiyə mandatının uzadılmasının vacibliyini bildirib və bu təklifi dəstəkləyib.

Həmçinin qeyd edilib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mövcud metodologiyasına yenidən baxılmalı və ziddiyyətlər aradan qaldırılmalıdır. Bunun üçün büro və beynəlxalq katiblik müvafiq danışıqlara başlamalıdır.

Qeyd edək ki, ATƏT PA-nın qış sessiyası fevralın 22-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video