20 Fevral 2019 20:44
418
SİYASƏT
A- A+

Azərbaycan ilə Aİ arasında siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu keçirilib


Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsinə dair danışıqların siyasi və təhlükəsizlik, eləcə də ticarət istiqamətləri üzrə davam etdirilməsi məqsədilə Avropa İttifaqının nümayəndə heyətləri ölkəmizə səfər edib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyində Aİ tərəfindən Saziş üzrə əsas nümayəndə, Avropa Xarici Fəaliyyət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Lyuk Dövinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu baş tutub.

Həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Aİ nümayəndə heyəti ilə görüşüb.

Aİ-nin Ticarət üzrə Baş Direktorluğunun nümayəndəsi Petros Sourmelisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan tərəfi ilə Saziş layihəsinin ticarət sahəsi üzrə danışıqlarını bu il fevralın 15-20-də Bakıda davam etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video