20 Fevral 2019 20:39
360
CƏMİYYƏT
A- A+

Azərbaycan daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Budapeşt Prosesinin VI nazirlər konfransında iştirak etmək üçün fevralın 19-da Türkiyə Respublikasına səfər edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin gün Azərbaycan və Türkiyə daxili işlər nazirlərinin görüşü olub.

Budapeşt Prosesinin VI nazirlər konfransında iştirak etmək barədə dəvətini qəbul etdiyinə görə Ramil Usubova minnətdarlığını bildirən və ötən ilin sonlarında Azərbaycana ilk rəsmi səfərini xatırladan Süleyman Soylu dost və qardaş ölkələrimizin qlobal təhdidlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə, xüsusən terrorizmə qarşı hər zaman vahid mövqedən çıxış etdiyini vurğulayıb. O, regionda fəaliyyət göstərən terror təşkilatlarının əsas hədəfinin Türkiyə olduğunu deyərək Azərbaycanın belə qruplaşmalara qarşı sərt və qətiyyətli mövqeyindən, atdığı konkret addımlardan məmnunluğunu ifadə edib. Türkiyəli nazir, həmçinin əməkdaşlığın dərinləşdirilməsi, aidiyyəti dövlət qurumları arasında təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi istiqamətində birgə səylərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Mötəbər beynəlxalq konfransa dəvət etdiyinə, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir R.Usubov ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini, əməkdaşlığın dərinləşməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsl qardaşlıq və dostluq əlaqələrinin böyük töhfə verdiyini məmnunluqla qeyd edib.

Əməkdaşlığın geniş potensiala malik olduğunu, kadr hazırlığı və hərbi sahədə bir sıra sənədlərin imzalandığını, ikitərəfli formatda çoxsaylı görüşlərin keçirildiyini razılıqla diqqətə çatdıran nazir Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə iki ölkənin hüquq mühafizə orqanları arasında məlumat və təcrübə mübadiləsinin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Fevralın 20-də İstanbul şəhərində Budapeşt Prosesinin VI nazirlər konfransı öz işinə başlayıb. Əvvəlcə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoni Quterreşin tədbir iştirakçılarına videomüraciəti səsləndirilib.

Sonra Budapeşt Prosesinin sədri - Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylu, Prosesin həmsədri - Macarıstanın xarici işlər naziri Peter Siyarton, miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə Avropa komissarı Dimitris Avramopolous, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin baş direktoru Maykl Şpindeleqqer və digər rəsmi şəxslər çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov çıxış edərək qanunsuz miqrasiyanın kriminogen duruma mənfi təsiri, bu sahədə ölkəmizdə həyata keçirilən mühüm tədbirlər, habelə dünyada, xüsusən Yaxın Şərqdə miqrasiya böhranını doğuran səbəblər haqqında danışıb, onların aradan qaldırılması yolları barədə təkliflər səsləndirib.

Konfransın sonunda "Miqrasiya üzrə İpək Yolu Tərəfdaşlığına dair İstanbul Öhdəlikləri” və "Fəaliyyətə dair çağırış – beşillik plan” adlı sənədlər qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video