20 Fevral 2019 17:43
478
DÜNYA
A- A+

ABŞ-da kosmik qoşunlar yaradılır


ABŞ Prezidenti Donald Tramp kosmik qoşunların (Space Force) yaradılması haqqında fərman imzalamışdır. Prezident Ağ evdə jurnalistlər qarşısında çıxış edərkən demişdir ki, "biz hazırlıqlı olmalıyıq”. Onun dediyinə görə, kosmik qoşunların yaradılması milli təhlükəsizlik məsələsidir.

Güman edilir ki, yeni kosmik qoşunlar gələcəkdə quru qoşunları, hərbi dəniz donanması, dəniz piyadaları, aviasiya və sahil mühafizəsi ilə yanaşı, ABŞ müdafiə sistemində müstəqil qoşun növü – "altıncı əl” olacaq.

Xatırladaq ki, Tramp kosmik qoşunların yaradılması barədə ilk dəfə ötən ilin martında ABŞ Dəniz Piyadaları Korpusunun nümayəndələri ilə görüşdə məlumat vermişdir. O, müdafiə xərclərini xeyli artıracağını vəd etmişdir.

2018-ci ilin iyununda Prezident ABŞ Müdafiə Nazirliyinə hərbi hava qüvvələri ilə eyni əhəmiyyətli qurum olacaq hərbi kosmik qüvvələrinin formalaşdırılmasını başlamağı tapşırmışdır. O vaxt Tramp bildirmişdi ki, Amerikanın müdafiəsi üçün kosmosda üstünlüyə nail olmaq lazımdır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video