20 Fevral 2019 13:10
528
SİYASƏT
A- A+

Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq


ABŞ tarixində ilk dəfə olaraq azərbaycanlılara məxsus olmayan qeyri-hökumət təşkilatı Xocalı soyqırımı qurbanlarına həsr edilmiş geniş tədbir keçirəcək. Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi strategiyası uğurla həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Amerikanın nüfuzlu yəhudi diaspor təşkilatlarının yeni qurulmuş əməkdaşlığı artıq öz bəhrəsini verməyə başlayıb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, fevralın 25-də ABŞ-ın Nyu-York şəhərindəki Yəhudi Tarixi Muzeyində Amerika Sefardlar Federasiyasının və Amerika Müsəlmanları Liderləri İttifaqının birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımına həsr edilmiş "Nəzər yetirmək və danışmaq: Xocalı qırğınını yad etmək, soyqırımı və etnik təmizləməyə qarşı mübarizə aparmaq” adlı tədbir, həmçinin amerikalı musiqiçi Cefri Verbokun ifasında muğam gecəsi baş tutacaq.

Gecədə Amerikadakı müxtəlif yəhudi təşkilatlarının liderləri, amerikalı gənc yəhudi liderlər, yəhudi və müsəlman dini liderlər, soyqırımı qurbanı olmuş digər xalqların nümayəndələri, BMT-nin rəsmi şəxsləri, Nyu-Yorkdakı diplomatik nümayəndəliklərin təmsilçiləri, soyqırımı üzrə beynəlxalq mütəxəssislər, amerikalı tarixçilər, Xocalı soyqırımı zamanı doğmalarını itirmiş, diasporumuzun üzvü Anar Usubov, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları və diasporumuz da daxil olmaqla, təxminən 150 nəfərin iştirakı gözlənilir.

Müxtəlif panellərdə çıxış edəcək şəxslər, ümumilikdə, soyqırımı, insanlığa qarşı cinayətlər, xüsusilə də Xocalı soyqırımı, bu cür halların qarşısının alınması və günahkarların cəzalandırılması yolları barədə danışacaqlar.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Sefardlar Federasiyası və digər önəmli yəhudi təşkilatları ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq ilk dəfə olaraq 2018-ci ilin noyabr ayında Dövlət Komitəsi sədrinin ABŞ-a səfəri zamanı qurulub və bu əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində iş aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video