19 Fevral 2019 21:53
399
İQTİSADİYYAT
A- A+

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə Vergilər Nazirliyi Bakıda beynəlxalq forum təşkil edib


Fevralın 19-da Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə” mövzusunda forum öz işinə başlayıb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə IOTA-ya üzv olan 29 ölkənin nümayəndəsi iştirak edir. Forumun təşkilində məqsəd Avtomatik Məlumat Mübadiləsi, Ümumi Hesabatlılıq Standartı və Xarici Hesablar üzrə mütəxəssisləri bir araya gətirməklə Vergi Əməletməsi Aktı vasitəsilə əldə edilən məlumatlardan səmərəli istifadə sahəsində üzv ölkələrə köməklik göstərməkdən ibarətdir.

Vergilər naziri Mikayıl Cabbarov forumda çıxış edərək bildirib ki, Azərbaycanın vergi administrasiyası vergi inzibatçılığı sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, bu sahədə beynəlxalq təşkilatların və digər dövlətlərin vergi orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir.

Vergilər Nazirliyinin 2002-ci ildən etibarən IOTA-ya tam hüquqlu üzv olduğunu qeyd edən nazir bu təşkilatın vergi sistemini qabaqcıl təcrübələr əsasında inkişaf etdirmək üçün vacib platforma rolu oynadığını vurğulayıb.

IOTA-nın baş katibi Miqel Silva Pinto beynəlxalq forum və onun təsis edilməsində məqsəd, IOTA-nın fəaliyyəti və ölkəmizlə əlaqələri barədə tədbir iştirakçılarına məlumat verib.

Forumun gündəliyi və müzakirə ediləcək məsələlər iştirakçıların diqqətinə çatdırılıb. Forum işini sessiyalarda davam etdirib. Vergilər Nazirliyinin, həmçinin iştirakçı dövlətlərin vergi administrasiyalarının nümayəndələri təqdimatlarla çıxış ediblər.

IOTA-nın Katibliyinin nümayəndələri forumun 2018-2019-cu illər üzrə mandatı barədə, üzv ölkələrin nümayəndələri isə Ümumi Hesabatlılıq Standartı vasitəsilə əldə edilən məlumatlardan səmərəli istifadənin perspektivləri barədə çıxış ediblər. Forum fevralın 21-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video