19 Fevral 2019 20:33
530
DÜNYA
A- A+

Erməni deputat: Paşinyan iqtisadi inkişafın reallaşması və proqramların icrası üçün çalışmır


Nikol Paşinyan və komandası bu gün üzərinə düşən öhdəliyi yerinə yetirmək üçün çalışmır. O, iqtisadi inkişafın reallaşması və proqramların icrası üçün səy göstərmir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri erməni KİV-lərinə açıqlamasında Ermənistan parlamentində "Mənim addımım” blokunu təmsil edən deputat Varazdat Karapetyan deyib. O qeyd edib ki, xalq Paşinyandan gözlədiyini görmədi. Erməni xalqına söz verilən iqtisadi inqilabın reallaşması istiqamətində iş görülmür. Bundan əvvəl olduğu kimi, yenə də ermənilər sosial vəziyyətlərinin düzələcəyini ümidlə gözləyirlər. Nikol Paşinyanın bəyan etdiyi iqtisadi inqilab isə Ermənistan vətəndaşlarının qulağında hələ ki, xoş bir arzu kimi səslənir. Varazdat Karapetyan bunu yeni hökumətin ilk uğursuzluğu kimi səciyyələndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video