Vaxt və zaman ölçüsü
Vaxtın hesablanmasında daha çox müxtəliflik ilin başlanğıcını nə vaxtdan müəyyənləşdirməkdən ibarət olmuşdur. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda il yazdan hesablanmışdır. Qədim misirlilər ilin başlanmasını Nilin daşmasından götürürdülər. Bəzi ölkələrdə isə ilin başlanğıcı kimi yeni hökmdarın hakimiyyətə keçməsi, bəzilərində güclü küləklərin başlanması (Şumerdə), paytaxt şəhərinin əsasının qoyulması (Romada), olimpiya oyunlarının keçirilməsi (Yunanıstanda) qəbul edilmişdi.
Qəməri təqvimi
Ayın Yer ətrafında hərəkətinə əsasən tərtib olunmuş qəməri təqvimində başlıca rolu Ayın səfhələri (üz, səth) oynayır. Səfhə isə Ayın Günəş və Yerə görə qarşılıqlı vəziyyətindən asılıdır. Ayın əsas səhfələri bunlardır: təzə Ay - birinci rüb, bədirlənmiş Ay - sonuncu rüb.
Ay təqvimi miladdan əvvəl üçüncü minillikdə Babilistanda yaranmışdır. Ayın iki eyni səthi arasındakı müddət 29,5 gün müəyyənləşdirilmişdir. Həmin müddət vaxt vahidi kimi bir ay sayılmış, rahatlıq üçün kəsir atılaraq aylardan biri 29, o biri 30 gün qəbul olunmuşdur. Ay 3 ongünlüyə, yaxud 4 həftəyə bölünür. İl isə 12 aydan ibarət götürülür. Həmin təqvimdən miladdan əvvəl VII əsrdə assuriyalılar, sonra isə yəhudilər istifadə etmişlər. Daha sonra bu təqvim Şərq ölkələrində geniş yayılmışdır. Hazırda 20-dən çox müsəlman ölkəsi ay təqvimindən istifadə edir.
Qədim tarixi qaynaqlardan məlum olur ki, Azərbaycan ərazisində yaşayan əski tayfalar da vaxtı Ayın hərəkəti ilə hesablayaraq, Ay - qəməri təqvimindən istifadə etmiş, Aya güclü inam bəsləmişlər. Ay məbədinin baş kahini hökmdardan sonra ölkənin ikinci adamı sayılmışdır. Sonralar azərbaycanlılar əlverişli təqvim olan Günəş -şəmsi təqviminə keçmişlər.
Ay-Günəş təqvimi
Bu təqvimin əsas vahidi Ay və ildir. Ay-Günəş təqvimi Ayın hərəkəti əsasında təsis edilmiş təqvimin şəmsiləşdirilmiş variantıdır. Məlum olduğu kimi, qəməri təqvim ayı 29,5 gün, qəməri il isə 354 gündür. Bu, şəmsi təqvim ilindən 11 gün azdır. Üç il ərzində qəməri il şəmsi ildən 33 gün geri qalır. Burada Günəşin hərəkəti Ay səthlərinin növbələşdirilməsi ilə uzlaşdırılır.
Günəş təqvimi ilə ilin başlanğıcı həmişə eyni vaxta, yəni yaz fəslinin - Novruzun başlanmasına düşür. Ay təqvimində isə başqa fəslə düşə bilər. Vaxtı Ay səfhələrinə və fəslin real dəyişməsinə görə hesablayarkən yaranan kəsiri ləğv etmək üçün Ay təqvimində əlavə ay qəbul edilir. Bu düzəlişdən sonra alınan təqvim Ay-Günəş təqvimi adlanır. Ay-Günəş təqvimi hazırda yalnız yəhudi dinində istifadə olunur.
"Avesta” təqvimi
Azərbaycanda işlədilmiş ilk təqvimlərdən biridir. Bu təqvimdə söhbət iki fəsildən gedir. Onlardan biri - "böyük yay” adlanan birinci fəsil 7 aydan, digəri - "qış fəsli” adlanan 5 aydan ibarət idi. Qədim "Avesta” təqviminə, yəni atəşpərəstlərin inamlarına görə, il "böyük yay” fəslinin ilk günündən başlanır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar
25 Aprel
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlə...
25 Aprel
Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir
25 Aprel
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
25 Aprel
Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır ...
25 Aprel
Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!