18 Fevral 2019 20:21
338
SİYASƏT
A- A+

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək


Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 23-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq.

Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Tahir Mirkişili, Elşad Həsənov, Kamran Nəbizadə və Ülviyyə Ağayeva daxildirlər.

Sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında "Uzanan münaqişələrin həlli üçün ATƏT-in imkan və mexanizmləri”, "ATƏT regionunda korrupsiya, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində effektiv idarəetmə”, "Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.

Səfər çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ATƏT PA-nın İpək Yoluna dəstək qrupunun tədbirlərinə qatılacaq, Avstriyanın İpək Yolu regionunda qarşılıqlı əlaqənin və nəqliyyat infrastrukturunun inkişafına xidmət edən "Twin-Continent-1520” adlı yeni innovativ layihəsi ilə tanış olacaqlar.

Həmçinin Vyanada İpək Yoluna Dəstək Qrupunun 5-ci iclası keçiriləcək. Qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev son bir ildə görülən işlər və gələcək fəaliyyət haqqında məlumat verəcək. İclasda İtaliyanın qrupa üzvlük haqqında etdiyi müraciət, qurumun bu il təşkil edəcəyi beynəlxalq İpək Yolu konfranslarına hazırlıq və digər məsələlər müzakirə olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video