18 Fevral 2019 18:17
452
SİYASƏT
A- A+

Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyənin Çərkəzköy şəhərində anılıb

18.02.2019 [18:06]
Çərkəzköy, 18 fevral, AZƏRTAC

Türkiyənin Təkirdağ vilayətinin Çərkəzköy şəhərində "Dünəndən bu günə qədər erməni təcavüzkarlığı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Çərkəzköy Türk Ocaqları tərəfindən təşkil olunan tədbirdə şəhərin ziyalıları və rəhbər şəxsləri, yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztəkin məruzəsi dinlənilib.

Saxta "erməni soyqırımı” siyasi müzakirəyə çıxarılandan bu günümüzədək əsasız iddianın ayrı-ayrı istiqamətlərindən bəhs edən İbrahim Öztək dinləyicilərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəb və məqsədləri barədə müfəssəl məlumat verib. Erməni millətçi dairələrinin Türkiyə və Azərbaycan xalqlarının qonaqpərvərliyindən istifadə edərək daim xəyanət yolu tutduqlarını diqqətə çatdıran professor bildirib ki, ötən əsrin əvvəllərində olduğu kimi, XX əsrin sonunda da ermənilər bütün qüvvələrini səfərbər edərək Azərbaycanın dövlət müstəqilliyinə qarşı çıxıblar. Xocalı soyqırımının törədilməsinin əsas məqsədi Azərbaycan xalqında düşmən xofu yaratmaq, ölkədə xaosa nail olmaq və bunlara da işğalçılıq niyyətlərini gerçəkləşdirmək olub. Xocalı soyqırımını bəşəriyyətə qarşı cinayət olduğunu diqqətə çatdıran professor İbrahim Öztək bildirib ki, sülhsevər dünya ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ədalətli mövqe sərgiləməlidir. Saxta "erməni soyqırımı” iddiası ilə çıxış edənlərə ən tutarlı cavab ermənilərin Xocalıda törətdikləri soyqırımıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video