18 Fevral 2019 17:59
336
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uğur-2018” Milli Mükafatına layiq görülüb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Consulting&Business” jurnalı tərəfindən "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlərə görə” nominasiyası üzrə "Uğur-2018” Milli Mükafatına layiq görülüb. Mükafat nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbova təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mükafata layiq görülməsinin əsasında ötən il nazirliyin həyata keçirdiyi mühüm sosial müdafiə və aktiv məşğulluq tədbirləri, əhaliyə xidmətlərin müasir iş prinsiplərinə uyğun və şəffaf təşkili üçün aparılan islahatlar dayanır.

F.Talıbov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq nazirlik tərəfindən əmək, məşğulluq, sosial müdafiə sahələrində şəffaflıq və sosial ədalət, innovativ yanaşma prinsiplərinin təmin olunmasına yönələn genişmiqyaslı islahatlar proqramı, sosial müdafiə və aktiv məşğulluq tədbirləri barədə məlumat verib. O, nazirliyin mükafata layiq görülməsinə görə ""Consulting&Business” jurnalının İdarə Heyətinə minnətdarlığını ifadə edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, tədbirdə nazirliyin ötən il həyata keçirdiyi islahatları və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qrupların rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub. Qeyd edilib ki, dövlət sosial xidmətləri sahəsində yeni keyfiyyət mərhələsinə keçidi təmin edən mühüm bir layihənin - nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və "DOST” mərkəzlərinin yaradılmasına başlanması ötən ilin mühüm uğurlarındandır. Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı əsasında və birinci xanım Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq reallaşdırılan "DOST” layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində, vahid platformadan, "bir pəncərə”dən göstərilməsinə, ölkəmizin bu sahədə yeni brendinin formalaşmasına imkan verəcək.

Ötən il şəhid ailələri və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ümumilikdə indiyədək 6654 mənzil təqdim edilib. Cari ildə isə azı 800 mənzil həmin kateqoriyadan olanlara veriləcək. Həmçinin keçən il Qarabağ müharibəsi əlillərinə 265 minik avtomobili, ötən dövrdə isə 6144 avtomobil verilib.

Ölkə başçısının humanist təşəbbüsü ilə şəhid vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsinə başlanılması 2018-ci ilin mühüm sosial önəm kəsb edən tədbirlərindən biri olub. 12 min 268 şəhiddən artıq 3758-nin 5144 vərəsəsinə birdəfəlik ödəmə verilib və bu proses cari il ərzində başa çatacaq. Dövlətimizin başçısının 2019-cu il 30 yanvar tarixli Fərmanı ilə şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılması da həmin ailələrə yüksək qayğının təzahürü olub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6,5 dəfə genişləndirilərək 7,3 minə yaxın aztəminatlı ailəni əhatə edib. Onlardan 5800-ü aktivlərlə (mal və materiallarla) təmin olunaraq kiçik biznesə çıxış imkanı əldə edib. Bu il daha 7-8 min aztəminatlı ailə bu proqrama cəlb olunacaq.

Dövlət başçısının təşəbbüsü ilə hazırlanaraq cari ilin əvvəlindən icrasına başlanan "İşsizin DOSTu” proqramı 30 min işsiz və işaxtaran şəxsin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatına imkan verib. Onlardan artıq 25 mindən çoxu ictimai-faydalı xarakter daşıyan işlərlə təmin olunub. Ölkə başçısının tapşırığı ilə nazirlik tərəfindən bu ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılmış infrastrukturu fəaliyyət göstərir.

Qeyd edək ki, mükafatın əsas məqsədi uğurlu iş təcrübələri ilə seçilən qurumların, şirkətlərin nailiyyətlərini qiymətləndirmək və cəmiyyətin diqqətinə çatdırmaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video