17 Fevral 2019 01:01
802
Mədəniyyət
A- A+

Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib


Azərbaycan Mədəniyyət Nazirliyinin və "Beat Group” şirkətinin dəstəyi ilə Heydər Əliyev Sarayında "Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl qırmızı xalı üzərindən keçən gənc vokalçılar festivaldan gözləntilərini paylaşdılar.

Vokal üzrə pedaqoq, Ukraynanın əməkdar artisti Rimma Şapovalova jurnalistlərə müsahibəsində festival iştirakçılarına böyük ümidlər bəslədiyini bildirərək yeni istedadların üzə çıxarılmasında belə tədbirlərin əhəmiyyətini qeyd etdi. "Belə gözəl uşaqlarla işləmək mənə böyük zövq verir. Əminəm ki, onların parlaq gələcəyi var və bu uşaqlar hələ özlərini göstərəcəklər. Bu konsert xeyli müddət yaddaşlarda qalacaq”, - deyə Rimma Şapovalova bildirdi.

Sonra möhtəşəm qala-konsert oldu. Festivalda çıxış edən iyirmidən çox gənc istedad Azərbaycanın və dünyanın məşhur hitlərini səsləndirdilər.

Sonda bütün iştirakçılara diplom və xatirə hədiyyələri təqdim edildi.

Qeyd edək ki, festivalda iştirak üçün 100-dən çox istedad müraciət etmişdi. Onların yalnız 21-i finala çıxıb.

Festivalda, həmçinin Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdən olan ifaçılar iştirak ediblər.

Festivalın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Ülviyyə Könül, layihənin musiqi prodüseri Rüstəm Rzayev, vokal üzrə pedaqoq isə Rimma Şapovalovadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video