Dmitri SAVELYEV: “Bu insident Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişafı tempinin yavaşlamasında maraqlı olan şəxslərin təxribatıdır”
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev Moskvada azərbaycanlılar və çeçenlər arasında səs-küyə səbəb olmuş hadisəyə birmənalı qiymət verib: "Bu insident Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişafı tempinin yavaşlamasında maraqlı olan şəxslərin təxribatıdır”.
AZƏRTAC xəbər verir ki, D.Savelyev jurnalistlərlə söhbətində deyib: "Rusiya Federasiyası, o cümlədən onun tərkibinə daxil olan Çeçenistan Respublikası üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında dostluq əlaqələri ildən-ilə möhkəmlənir. Xatırladıram ki, 2018-ci il bu mənada iqtisadiyyat, siyasət və mədəniyyətdə bütün göstəricilər üzrə rekord ili olub. Ötən il əsrin dörddə biri ərzində müzakirə olunan Xəzər dənizinin statusunun, nəhayət ki, müəyyən edilməsini xatırlatmaq kifayətdir. Dövlətlərimizin liderlərinin müəyyən etdikləri əlaqələrin inkişafı kursunun üfüqi müstəvidə, insani münasibətlər səviyyəsində tamamilə dəstəklənməsi və məhz regionların hesabına Rusiya və Azərbaycan arasında çoxəsrlik qardaşlıq əlaqələrinin möhkəmlənməsi də böyük əhəmiyyət kəsb edir. Azərbaycanla Çeçenistanın çoxşaxəli əlaqələri isə iqtisadi sahədə Rusiya-Azərbaycan birgə layihələrinin inkişafının perspektivli istiqamətlərindən biridir.
Şəksizdir ki, ölkələrimizin mövqelərinin güclənməsi üçüncü qüvvələri narahat edir. Həmin epizodun KİV-də bu cür əks-səda doğurması məhz onların təsirinin nəticəsidir. Şübhə yoxdur ki, həmin insidentin hüquq mühafizə orqanları tərəfindən təhqiqatına ehtiyac var. Eyni zamanda, hökumətlərarası strukturlar bu epizodun KİV-də bu qədər şişirdilməsinin səbəbini araşdırmalıdır”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümun...
25 Aprel
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!