17 Fevral 2019 00:45
1121
Səhiyyə
A- A+

Talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi yüksəldilir


Fevralın 16-da Lənkəran şəhərində Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Talassemiyasız həyat naminə” dördüncü regional elmi simpozium keçirilib.

Tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarının səhiyyə işçiləri, talassemiya daşıyıcısı olan ailələrdən nümayəndələr, həmçinin QHT və KİV-in təmsilçiləri, təhsil işçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov ölkəmizdə səhiyyə sahəsində əldə olunan nailiyyətlər haqqında danışaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 10 il əvvəl istifadəyə verilən Talassemiya Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, maddi-texniki bazanın gücləndirilməsi bu xəstəliyin müalicəsində və profilaktikasında mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, hazırda ölkəmizin cənub bölgəsinin Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar rayonlarından olan 233 nəfər xəstə Talassemiya Mərkəzində qeydiyyatdadır.

Tədbirdə, həmçinin Talassemiya Mərkəzi və "Regional İnkişaf” İctimai Birliyinin birgə layihələri, respublikanın müxtəlif regionlarında keçirilən maarifləndirici tədbir və ödənişsiz tibbi müayinələr barədə məlumat verilib.

Simpozium çərçivəsində elmi sessiyalar təşkil olunub.

"Talassemiya: müasir yanaşma” mövzusunda keçirilən birinci sessiyada talassemiyanın müalicə və diaqnostikası, onun qarşısının alınması yolları, bu sahədə mərkəzin təcrübələri barədə danışılıb.

"Talassemiya: diaqnostika və monitorinq” mövzusunda keçirilən ikinci sessiyada isə xəstəliyin laborator və prenatal diaqnozu, infeksion və kardiak ağırlaşmalar, həmçinin psixososial problemlərə dair məruzələr ətrafında müzakirələr aparılıb.

Simpoziumda Talassemiya Mərkəzinin aparıcı hematoloqlarının "Talassemiyanın radikal müalicəsində sümük iliyi transplantasiyası”, "Talassemiya daşıyıcılığı: talassemiyasız həyat naminə nə etməliyik”, "Talassemiya xəstəliyi zamanı kardioloji, endokrinoloji və infeksion fəsadlaşmalar” və digər mövzularda məruzələri dinlənilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub. Sonra Talassemiya Mərkəzinin mütəxəssisləri Lənkəran Mərkəzi Rayon Xəstəxanasında talassemiyalı xəstələrin müalicəsi üzrə kabinetlərin işi ilə tanış olublar. Xəstəxanada talassemiya daşıyıcılığını müəyyən etmək məqsədilə 300-dən çox sakinin ödənişsiz tibbi müayinələri təşkil olunub.

Qeyd edək ki, bütün regionları əhatə edəcək tədbirlərdən sonra sonuncu simpozium mayın 22-24-də Bakı şəhərində Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş "Birinci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi” çərçivəsində keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video