15 Fevral 2019 18:01
511
DÜNYA
A- A+

İspaniyada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı


İspaniyada növbədənkənar parlament seçkiləri bu il aprelin 28-də keçiriləcək. Bu barədə ölkənin Baş naziri Pedro Sançes məlumat vermişdir.

"İspaniya bir dəqiqə belə itirə bilməz. İspaniya irəli getməlidir” deyə Sançes Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirmişdir.

Növbədənkənar seçkilərin keçirilməsi barədə qərar İspaniyanın 2019-cu il üçün büdcə layihəsi parlament tərəfindən rədd edildikdən və qanunverici orqan buraxıldıqdan sonra qəbul olunmuşdur.

Baş nazirin dediyinə görə, parlament 8,5 ay ərzində 13 qanun və qanun qüvvəsinə malik 25 qərar qəbul etmişdir.

Sançes demişdir ki, İspaniya hökumətinin prioritetləri iqtisadi artımın möhkəmləndirilməsi, layiqli iş yerlərinin yaradılması, əhalinin rifahının artırılması və dövlət təsisatlarının demokratikləşdirilməsidir.

Baş nazir İspaniyanın qəbul olunmamış büdcəsinə görə məsuliyyəti sağ müxalifətçi partiyaların üzərinə qoymuşdur.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video