15 Fevral 2019 01:19
1604
Mədəniyyət
A- A+

“Qəm pəncərəsi”: nadanlığın ifşası


1986-cı ildə çəkilən ikihissəli "Qəm pəncərəsi” filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf olunmuşdu. Film "Danabaş kəndinin əhvalatları” və "Danabaş kəndinin məktəbi” əsərlərinin motivləri əsasında lentə alınmış və bu ekran əsərində görkəmli ədib, yazıçı, dramaturqun uşaqlıq illəri ilə bağlı hadisələr əks olunmuşdur.

Mirzə Cəlil haqqında filmdə qəm pəncərəsindən boylanan uşağın ön plana çəkilməsi millətin gələcəyi üçün nigarançılığı göstərir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Anar, rejissoru Rafiq Dadaşovdur. Rollarda Həsənağa Turabov, Elmira Şabanova, Nəsibə Zeynalova, Səyavuş Aslan, Həsən Məmmədov və başqaları çəkilmişlər. Film əsasən Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda, Bakının Digah kəndində, İçərişəhərdə, təbiət çəkilişləri isə əsasən Şamaxının Zarat kəndində, Qobustanda, Qaraçı karvansarasında, Lahıcda ekranlaşdırılmışdır.

...Yolayrıcında iki uşaqdan biri məktəbə, digəri isə nadanlığa gedir. Həmin səhnə Mərəzədə lentə alınmışdır. İnsanların toplaşıb "Xudaya, bizə yağış yetir” - deyərək dua etməsi, İsgəndərin məsciddə fransızca şeir deyib insanlardan ağlamalarını tələb etməsi də, cahilliyin geniş vüsət aldığı zamanı tənqid edirdi. "Ə, niyə ağlamırsız?...” Kəndlilərdən birinin "axı biz sən deyəni başa düşmürük” - deməsi ilə İsgəndərin cavab verməsi bir olur: "Bəs molla ərəbcə oxuyanda başa düşüb ağlayırsız?-..”

Ədibin filmdə göstərmək istədiyi əsas mətləb də bu idi: cahilliyin, nadanlığın ifşası!

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video