15 Fevral 2019 01:18
422
Mədəniyyət
A- A+

Cəfər Cabbarlı irsi öyrənilir


Dramaturqun bu vaxtadək naməlum qalan "Kazım bəy” romanı və məktubları ilk dəfə kitab halında nəşr ediləcək


Prezident İlham Əliyevin görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında 17 dekabr 2018-ci il tarixli sərəncamına əsasən Milli Elmlər Akademiyasında bir çox tədbirlərin həyata keçirilməsi üçün ciddi hazırlıq işləri aparılır. Bu münasibətlə akademiyanın Humanitar və İctimai elmlər bölmələrinin əhatə etdiyi elmi-tədqiqat institutları Cəfər Cabbarlının ev-muzeyi ilə birlikdə respublika miqyasında elmi konfrans keçirəcək.

Bu barədə məlumat verən Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, konfransda elmi məruzələrin edilməsi ilə yanaşı, Cəfər Cabbarlıya həsr edilmiş film, onun həyatı və yaradıcılığını əks etdirən sərgi nümayiş etdiriləcək.

Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat və Nəsimi adına Dilçilik, Memarlıq və İncəsənət, Fəlsəfə və Tarix institutlarında, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Hüseyn Cavidin ev-muzeyində də elmi konfranslar və elmi sessiyalar, sərgilər təşkil olunacaq.

Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan "Kazım bəy” adlı romanı və məktubları ilk dəfə kitab halında nəşr ediləcək. Bu əsərləri filologiya elmləri doktoru, professor Asif Rüstəmli aşkar edib.

Əlyazmalar İnstitutunda isə Cəfər Cabbarlının şəxsi arxivi rəqəmsallaşdırılır. Böyük yazıçının şəxsi arxivində 2 mindən çox sənəd var. Milli Elmlər Akademiyasının alimləri ölkə miqyasında keçiriləcək tədbirlərdə də yaxından iştirak edəcəklər.

R.BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video