12 Fevral 2019 00:24
949
Mədəniyyət
A- A+

Muxtariyyətin 95 illiyinə layiqli töhfə


Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin 95 illiyinə həsr edilmiş "Naxçıvanda mətbuat tarixi” adlı kitab Almaniyada ingilis dilində işıq üzü görüb.

"Şərq qapısı” qəzetinin materialları əsasında hazırlanmış kitabın müəllifi Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Seyid Surədir.

Kitabda Azərbaycanın ayrılmaz parçası kimi təqdim edilən Naxçıvanın tarixindən, zənginliyindən və mədəniyyətindən geniş söz açılıb.

Bildirək ki, müəllifin Naxçıvan mətbuat tarixinə dair 20-dən çox elmi məqaləsi, 1 monoqrafiya və dərs vəsaiti də çap olunub.

Qeyd edilən kitab Lambert akademik nəşriyyat evi (LAP- Lambert Academic Publishing House) tərəfindən nəşr edilib. Kitabların, elmi tədqiqatların alman, ingilis, türk, ərəb və rus dillərində onlayn və çap şəklində yayımını həyata keçirən bu nəşriyyat evinin köməyi ilə hər bir kitabın beynəlxalq kodu (ISBN-International Standart Book Number) mövcuddur. Burada nəşr olunan hər bir kitab bir çox beynəlxalq kataloqlara daxil edilməklə Amerika və Avropanın topdan satan kitab saytlarında yayımlanır. Kitablar www.morebooks.de, www.amazon.de, www.amazon.co.uk, www.amazon.com və digər veb saytlar vasitəsilə bütün dünyada satılmaqdadır.

Nəzərinizə çatdıraq ki, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanla bağlı elmi araşdırmaların və kitabların beynəlxalq aləmə çıxışını təmin etmək və yaymaq Naxçıvanla bağlı həqiqətlərin dünya miqyasında tanınması baxımından əhəmiyyətlidir.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video