Alternative content

08:47 26 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəlil Məmmədquluzadənin əsərləri özbək dilində nəşr olunub
Cəlil Məmmədquluzadənin əsərləri özbək dilində nəşr olunub
ANA SƏHİFƏ / Mədəniyyət
00:23 12.02.2019


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli dünyanın müxtəlif ölkələrində böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin əsərlərini xarici dillərdə kitab halında nəşr etmək missiyasını həyata keçirir. İndiyədək akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ön sözü ilə Cəlil Məmmədquluzadənin əsərləri Rusiyada, Misir Ərəb Respublikasında, Pakistanda, Litvada, Gürcüstanda, Macarıstanda çap olunmuşdur.

Bu günlərdə akademik İsa Həbibbəylinin ideya müəllifi olduğu "Cəlil Məmmədquluzadənin əsərləri xarici dillərdə” layihəsi üzrə görkəmli yazıçının növbəti kitabı Özbəkistanda çapdan çıxmışdır. Daşkənd şəhərindəki "Mümtaz söz” nəşriyyatında "Poçt qutusu” adı ilə nəşr edilmiş kitabda akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı və Cəlil Məmmədquluzadə haqqında bir neçə söz” adlı ön sözündə Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi, görkəmli yaradıcıları və böyük ənənələrinə dair zəruri elmi məlumatlar özbək oxucularına çatdırılmışdır. Müqəddimədə Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əsas məqamları, ədibin Azərbaycan ədəbiyyatına gətirdiyi mühüm yeniliklər və onun adı ilə bağlı olan sənət ənənələri geniş əhatə olunmuşdur.

"Poçt qutusu” kitabında Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” povesti və "Poçt qutusu”, "Usta Zeynal”, "İranda hürriyyət”, "Qurbanəli bəy”, "Pirverdinin xoruzu”, "Kişmiş oyunu”, "Saqqallı uşaq” cəmi 26 hekayəsi özbək dilində təqdim edilmişdir. Qeyd edək ki, bu vaxtadək Özbəkistanda Cəlil Məmmədquluzadənin cəmi 2 hekayəsi çap olunmuşdur.

Cəlil Məmmədquluzadənin povest və hekayələrini özbək dilinə Özbəkistanın görkəmli yazıçısı Usmon Koçkor tərcümə etmişdir. Kitabda eyni zamanda Usmon Koçkorun "Cəlil Məmmədquluzadə” adlı yazısı da özünə yer almışdır.

Kitabda həmçinin tanınmış özbək alimi, filologiya elmləri doktoru, professor Həmidulla Boltaboyevin "Cəlil Məmmədquluzadə və özbək ədəbiyyatı” adlı son sözü də verilmişdir.

"Poçt qutusu” kitabını nəşrin məsul redaktoru, professor Həmidulla Boltaboyev çapa hazırlamışdır. Kitabın redaktoru isə tanınmış publisist Qulu Kəngərlidir.

Cəlil Məmmədquluzadənin "Poçt qutusu” kitabının özbək dilində nəşr edilməsi Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin yeni səhifələri kimi mühüm əhəmiyyətə malikdir.

"Poçt qutusu” kitabının Özbəkistanda nəşr edilməsi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə qiymətli hədiyyədir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM