11 Fevral 2019 20:25
515
CƏMİYYƏT
A- A+

Azərbaycan Ombudsmanı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin dünya elminə və mədəniyyətinə töhfələrinə, insan hüquqlarının müdafiəsində böyük xidmətlərinə görə Akademiyanın "Beynəlxalq Qızıl Ulduz” medalına layiq görülüb. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə nümayəndəsi, alim Elçin İsgəndərzadə Akademiyanın diplomunu, medalını və vəsiqəsini Elmira Süleymanovaya təqdim edib.

Elçin İsgəndərzadə ombudsman Elmira Süleymanovanın həyat yolundan, ictimai fəaliyyətindən, elmi yaradıcılığından, İnsan Hüquqları üzrə Müvəkkil kimi gördüyü işlərdən ətraflı bəhs edib. Yüksək işgüzarlığının, insan hüquqları sahəsində elmi və təcrübi fəaliyyətinin ölkəmizdə və xaricdə böyük nüfuz qazanmasının nəticəsi olaraq, 2002-ci ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəddən biri Elmira Süleymanovanın Milli Məclis tərəfindən Azərbaycanın ilk ombudsmanı seçilməsi, daha sonra Prezident İlham Əliyev tərəfindən də ikinci dəfə namizədliyinin irəli sürülərək bir daha seçilməsi diqqətə çatdırılıb. Bu illər ərzində Müvəkkilin insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, Ombudsman təsisatının nailiyyətləri, Müvəkkilin dövlət tərəfindən yüksək təltiflərə, o cümlədən "Şöhrət” və "Şərəf” ordenlərinə layiq görülməsi, 2008-ci ildə Polşa Prezidenti tərəfindən "Böyük Qızıl Xaç Ordeni” ilə təltif olunması vurğulanıb.

Elçin İsgəndərzadə, həmçinin təmsil etdiyi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəaliyyəti, elm sahəsində uğurları barədə danışıb.

Elmira Süleymanova təltiflərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib, bu nüfuzlu elm ocağının üzvü olmaqdan qürur duyduğunu, birgə elmi-tədqiqatların aparılmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına böyük imkanların yaratdığını söyləyib. O, Azərbaycanda Ombudsman təsisatının yaradılmasında və fəaliyyətinin genişləndirilməsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video