Alternative content

02:49 22 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
01:04 22.02.2019 Bağışla məni, ana!
00:55 22.02.2019 Milli istiqlal carçısı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan Müdafiə Nazirliyi muzdlu əsgərin ölümünü gizlədib
Ermənistan Müdafiə Nazirliyi muzdlu əsgərin ölümünü gizlədib
ANA SƏHİFƏ / DÜNYA
17:26 11.02.2019

Ermənistan Müdafiə Nazirliyi Yeni il gecəsi güllələnən muzdlu əsgər Edqar Qriqoryanın ölümünü gizlədib.

AZƏRTACerməni KİV-lərinə istinadla xəbər verir ki, bunu jurnalistlərə ölkənin ombudsmanı Arman Tatoyan bildirib. Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün Ermənistan Müdafiə Nazirliyinə və hərbi prokurorluğa sorğu göndərilib.

"Biz aydınlaşdırmaq istəyirik ki, muzdlu əsgər hansı şəraitdə öldürülüb və bu fakt nədən ictimaiyyətə açıqlanmayıb”, -deyə ombudsman vurğulayıb. O əlavə edib ki, sözügedən məsələ cəmiyyətə böyük rezonans doğurub.

Erməni mətbuatının yaydığı xəbərdə deyilir ki, ölən əsgərin üç azyaşlı uşağı var. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti isə qəribə məlumat yayıb: ”Biz əsgərin ölümü barədə məlumat verməmişik, amma onu gizlətməmişik”.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsi də bu məsələnin araşdırılmasına başlayıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM