11 Fevral 2019 17:24
636
DÜNYA
A- A+

Vaşinqton ”şatdaun”un yenidən başlamasını istisna etmir


Vaşinqtonda müvəqqəti olaraq fevralın 15-dək dayandırılmış "şatdaun”un bərpa olunacağı ilə bağlı narahatlıq artmaqdadır. Demokratlar və Respublikaçılar partiyaları arasında danışıqlarda iştirak edən respublikaçı senator Riçard Şelbi "Fox News” telekanalına müsahibəsində müzakirələrin hələ ki nəticəsiz qaldığını bildirmişdir. O, demişdir ki, razılaşma əldə ediləcək. Eyni zamanda Şelbi buna əmin olmadığını qeyd etmişdir.

Öz növbəsində Ağ ev aparatının müvəqqəti başçısı Mayk Malvani qeyd etmişdir ki, "şatdaun”u gündəlikdən birdəfəlik çıxarmaq olmaz”. "Prezident həqiqətən inanır ki, biz sərhəddə milli təhlükəsizlik böhranı və humanitar böhranla üzləşmişik və bunların öhdəsindən gəlmək istəyir” deyə məmur vurğulamışdır.

Prezident Donald Tramp isə Twitterdəki mikrobloqunda demokratları Meksika ilə sərhəddə "son dərəcə zəruri divarın tikintisinə çox az pul ayırmaqda” ittiham etmişdir.

Hazırkı "şatdaun” - ABŞ-ın dövlət orqanlarının işinin qismən dayandırılması ötən il dekabrın 22-də başlamış və 35 gün davam etmişdir. Yanvarın 25-də senatorlar və ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri fevralın 15-dək "şatdaun”u dayandırmaq barədə razılığa gəlmişdilər.

Tramp Meksika ilə sərhəddə divar inşası üçün büdcədə 5,7 milyard dolların nəzərdə tutulmasını tələb edir. ABŞ Prezidenti bu olmadan büdcə layihəsini dəstəkləməkdən imtina edir. Konqresin Nümayəndələr Palatasında çoxluq təşkil edən demokratlar divarın tikintisi ilə razılaşmırlar.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video