Alternative content

02:00 22 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
01:04 22.02.2019 Bağışla məni, ana!
00:55 22.02.2019 Milli istiqlal carçısı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Minimum əməkhaqlarının artırılacağı sahələr açıqlanıb
Minimum əməkhaqlarının artırılacağı sahələr açıqlanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:18 11.02.2019

Prezident İlham Əliyevin 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqı artımının sosial-iqtisadi əhəmiyyəti, artımın hansı işçilərə şamil olunması, iş yerlərində artım mexanizmlərinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, nazirliyin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov dövlət başçısının müvafiq Sərəncamı ilə cari il martın 1-dən minimum əməkhaqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılmasının mühüm sosial və iqtisadi əhəmiyyəti barədə danışıb. Şöbə müdiri dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda işləyən azı 600 min işçinin Sərəncamla gələn ayın əvvəlindən əməkhaqqının artacağını deyib. O, 19 pillədən ibarət Vahid Tarif Cədvəli (VTC) üzrə əməkhaqları ödənilən işçilərin əməkhaqlarında artımın olacağını, bu artımın orta hesabla 30 faiz təşkil edəcəyini bildirib: "İlk növbədə VTC üzrə əməkhaqları ödənilən 450 min nəfər işçinin əməkhaqları artırılacaq. Təxminən artımlar 30 faiz səviyyəsində olacaq. Əməyin bu və ya digər ödəniş dərəcələri üzrə əməkhaqqının daha yüksək məbləğdə artırılması da həyata keçiriləcək. Bundan başqa, əməkhaqqının artması ilə əlaqədar dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələr üzrə əməkhaqları minimum əməkhaqqından aşağı olan işçilərin əməkhaqları da artırılacaq. Onların əməkhaqları tənzimlənərək 180 manat və daha yüksək məbləğdə olacaq. Dövlət qulluğunun xüsusi növündə çalışan müəyyən xidmətedici heyət işçilərinin də əməkhaqları minimum əməkhaqqı səviyyəsinə uyğunlaşdırılacaq.

Ümumilikdə, VTC üzrə əməkhaqqı alan elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində çalışan işçilərin əməkhaqları artırılacaq. Lakin bu, təhsil sahəsində ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərə və digər təhsil işçilərinə şamil olunmur.

Özəl sektorda da ən azı 150 min nəfər işçinin əməkhaqqı artırılacaq. Özəl sektorda əməkhaqqı artımı ən çox avtomobillərin təmir servis xidmətləri, xırda çörəkbişirmə sexləri, hüquqi şəxs statusunda olan ticarət ictimai-iaşə sahələrində çalışan işçilərə aiddir.

Orta hesabla ölkəmizdə muzdla çalışan ümumi işçilərin 40 faizinin, büdcədən maliyyələşən sahələrdə isə 55 faizinin əməkhaqlarının artırılması gözlənilir”.

Nazirlik rəsmisi bildirib ki, minimum əməkhaqqının artırılması qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına da töhfə verəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM