17 Yanvar 2019 00:21
2294
ELANLAR
A- A+

“Azercell”in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında


"Azercell Telekom” MMC müştərilərin rahatlığını düşünərək, Bakı Beynəlxalq Avtovağzalında yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib.Yanvar ayının 15-dən etibarən abunəçilər burada bütün "Azercell” xidmətlərindən yararlana, nömrələr üzərində müvafiq əməliyyatlar apara, eləcə də şirkətin tarif və kampaniyaları haqqında ətraflı məlumat əldə edə biləcəklər. Həmçinin "Azercell”-in yeni xidmət mərkəzində yanvar ayının 15-dən etibarən 7 gün ərzində smartfon alan hər kəs 150 AZN dəyərində hədiyyə balansı əldə edəcək.

Qeyd edək ki, "Azercell” ölkə üzrə abunəçilərə xidmət göstərən geniş şəbəkəyə malikdir. Hazırda ölkə üzrə 8 müştəri xidməti ofisi, 1 məkanda 3 növ xidmət göstərən 29 Azercell Ekspress ofisi, 4 yeni konseptli xidmət mərkəzi fəaliyyət göstərir. Bundan əlavə, "Azercell”in 20 eksklüziv mağazası, 3 "Asan” mərkəzlərində xidmət göstərən məntəqəsi var. 2018-ci ildə Bakı və bölgələrdə ümumilikdə 16 yeni eksklüziv mağaza istifadəyə verilib. Onu da bildirək ki, "Azercell” müştəri xidmətləri sahəsində yenilikçi ruhu ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən telefon mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzi yaradıb. Öz abunələrinə yalnız üz-üzə deyil, həm də onlayn şəkildə xidmət göstərən "Azercell” müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video