16 Yanvar 2019 21:43
638
Təhsil
A- A+

ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək


ADA Universiteti elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi istiqamətində daha bir tərəfdaşlıq qurdu.

Bu haqda müvafiq anlaşma memorandumu yanvarın 16-da ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov tərəfindən imzalanıb.

ADA UniversitetindənAZƏRTAC-a bildirilib ki, sənədə əsasən hər iki təşkilat tələbələr arasında biznes ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin həyata keçirilməsi üçün birgə proqramlar təşkil edəcək. Bununla yanaşı, universitetin elmi potensialından istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillər aparılacaq. Nəzərdə tutulan birgə layihələr arasında ixtiraçıların fəallığının artırılmasına dəstək tədbirləri də var. Xüsusilə də ADA Universitetində fəaliyyət göstərən ixtiraçıların təkliflərindən kiçik və orta biznes subyektlərinin yararlanması üçün müzakirə platforması yaradılacaq. Öz növbəsində, ADA-nın bakalavr və magistr pillələrində təhsil alan tələbələr özəl sektorda müxtəlif istehsalat təcrübəsi keçmək imkanından, dissertasiya işlərində agentliyin nümayəndələrinin məsləhətlərindən faydalana biləcəklər.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video