16 Yanvar 2019 14:02
267
CƏMİYYƏT
A- A+

Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar sosial sığınacaqlar gücləndirilmiş iş rejimində işləyəcək


Ölkəmizin ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağda və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.

Bu məqsədlə müvafiq qərargah da yaradılıb. Qərargahla əlaqə saxlamaq üçün (050) 669 33 66, (070) 669 33 66 nömrələrinə zəng etmək olar.

Vətəndaşlardan gözlənilən təhlükəli hava şəraitində sosial sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə qeyd olunan nömrələrə zəng vuraraq, habelə nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Sığınacaqlara yerləşdirilənlər burada yataq, yemək və ilkin tibbi yardımla təmin olunacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video