16 Yanvar 2019 13:57
320
DÜNYA
A- A+

Dmitri Peskov: Bəzən məmur olduğumu deməyə utanıram


Cəmiyyətdə başqasının dediklərinə tolerant yanaşma yoxdur. Bəzən insan düşünülməmiş bir sözə görə təqiblərə məruz qalır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Arqumentı i faktı” nəşrinə müsahibəsində bildirib.

D.Peskov insanları vecinə almayan məmurları tənqid etməyin vacibliyini qeyd edib. "Bizdə elə insanlar var ki, ölkə üçün çox işlər görürlər, ancaq öz fikirlərini ifadə etməyi bacarmırlar. Cəmiyyətdə isə başqasının dediklərinə tolerant yanaşma yoxdur. Bəzən bir düşünülməmiş söz təqiblərə səbəb olur. Bu, mənim heç xoşuma gəlmir. Elə məmurlar var ki, insanları veclərinə almırlar. Onları tənqid etmək lazımdır. Lakin bizdə yaxşılar da, pislər də ictimai qınağa məruz qalır”, - deyə Kremlin sözçüsü bildirib.

Mətbuat katibi deyib: "Bizim ölkədə, ümumiyyətlə, məmurlara böhtan atmaq adəti var. Bəzən deyirlər ki, guya bütün məmurlar oğru, pozğun və sairdirlər. Məsələn, mən hələ Sovet İttifaqı illərindən məmur işləyirəm. 1990-cı illərdə birtəhər dolanmaq üçün Türkiyədən maşın gətirib satırdım. Yük maşınlarının sürücüləri ilə iki gün yollarda olurdum. O zaman yollarda banditlər dayanırdı, Bryansk meşələrində silahlı adamlar gizlənirdilər. Mən bütün bunlardan keçmişəm...”.

D.Peskov vurğulayıb ki, bütün məmurlara eyni yanaşmaq düzgün deyil. "Rusiyada böyük məmur ordusu var. Bəzən adama elə gəlir ki, onların sayı həddindən artıqdır. Təəssüf ki, bu, Rusiya dövlətinin əzəli problemidir. Cəmiyyət düzgün olaraq lovğalığa, cah-cəlala meyilliliyə tamamilə dözülməz münasibət bəsləyir. Lakin məmurların əksəriyyəti ölkənin rifahı naminə fədakarlıqla çalışır, heç bir korrupsiya halında əli yoxdur. Ancaq cəmiyyətin onlara münasibəti elədir ki, mən bəzən məmur olduğumu deməyə utanıram. Nifrət aşıb daşır”, - deyə o bildirib.

"Vladimir Putin sizi hər hansı səhvinizə görə danlayıbmı” sualına cavab verən D.Peskov belə halların da olduğunu təsdiqləyib: "Səhvlərdən sığortalanmaq üçün mətbuat katibinin bir yolu var: susmaq. Onda mətbuat katibi nə üçün lazımdır?”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video