15 Yanvar 2019 17:28
337
SİYASƏT
A- A+

Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub


Koreya Respublikasının nüfuzlu "The Korea Times” və "The Korea Herald” qəzetləri 1990-cı ildə Bakıda baş verən Yanvar hadisələrindən bəhs edən məqalələr yayıblar.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan müstəqillik mübarizəsində ölənləri yad edir” və "Azərbaycan 1990-cı il qanlı Yanvar şəhidlərini xatırlayır” adlı məqalələrdə keçmiş sovet dövlətinin o vaxtkı rəhbəri Mixail Qorbaçovun əmri ilə azadlıq və suverenlik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının istəyini boğmaq üçün törədilən cinayətkar əməllərdən bəhs edilir. Bildirilir ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş sovet qoşun birləşmələrinin törətdikləri qətllər zamanı uşaqlar, qadınlar, yaşlı insanlar daxil olmaqla, 147 mülki vətəndaş öldürülüb, 5 nəfər itkin düşüb, təxminən 800 nəfər yaralanıb, bir o qədər sakin qanunsuz həbs edilib.

Koreya qəzetləri yazır ki, sovet qoşunlarının həmin əməliyyatı bir çox beynəlxalq konvensiya və sənədin tələblərini pozub.

Yazılarda həmin qanlı hadisələrin Azərbaycan xalqının azadlıq arzusunu boğa bilmədiyi vurğulanır, 1991-ci ilin oktyabrında Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi vurğulanır. Bildirilir ki, o vaxtdan bəri Azərbaycan xalqı hər il yanvarın 20-də azadlıq və müstəqillik yolunda qurban gedənlərin xatirəsini ehtiramla yad edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video