15 Yanvar 2019 15:51
227
CƏMİYYƏT
A- A+

Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib


Yanvarın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat, şöbə və departament rəhbərləri vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyiblər.

Qəbula gəlmiş məcburi köçkün vətəndaşların müraciəti, əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, kommunal xidmətlər və digər məsələlərin həlli ilə bağlı olub.

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqətdə saxladığı qeyd edilib, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən zəruri vəsait ayrıldığı bildirilib. İndiyədək 300 minə qədər məcburi köçkünün yeni ev və mənzillərlə təmin olunduğu, bu prosesin davamlı xarakter daşıdığı diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın hələ də qəzalı vəziyyətdə olan bina və tikililərdə ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə xüsusi həssaslıqla qayğı göstərdiyi, yeni salınmış qəsəbələrdə onların birinci növbədə mənzillə təmin edilməsi barədə tapşırıq verdiyi və bu tapşırığın icrasının davam etdirildiyi xatırladılıb.

Vətəndaşlarla fərdi qaydada görüş keçirilib və hər birinin müraciəti müvafiq qaydada qeydə alınıb. Komitə sədri müraciətlərdə qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün şöbə və departamentlərə tapşırıq verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video