14 Yanvar 2019 15:55
353
CƏMİYYƏT
A- A+

Sosial sahədə aparılan islahatlar xidmətlərin şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönəlib


Prezident İlham Əliyevin tapşırıqları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci il sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönələn mühüm islahatlar ili olub.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, dövlət başçısının 2018-ci il 9 avqust tarixli Fərmanı əsasında və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin vahid mərkəzdən operativ və şəffaf şəkildə təqdim olunması təşəbbüsünə uyğun olaraq, ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və "DOST” mərkəzlərinin yaradılmasına başlanılıb. Artıq bu layihənin hüquqi və institusional işləri yekunlaşıb və bu il Bakıda 3 "DOST” mərkəzinin, ümumilikdə 2019-2025-ci illərdə paytaxtda və ölkəmizin regionlarında 31 belə mərkəzin yaradılması nəzərdə tutulur. Həmin mərkəzlər "bir pəncərə”dən nazirlik üzrə 124 növdə xidmətlərin göstərilməsini təmin edəcək.

Eyni zamanda, Prezident İlham Əliyevin 5 sentyabr tarixli Fərmanına uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin genişləndirilməsi üçün müvafiq addımlar atılıb. Ölkədə ilk dəfə sosial reyestri formalaşdıran, vətəndaşlara onlarla bağlı əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və s. üzrə məlumatlara bir ünvanda çıxış imkanı verən "e-sosial” internet portalı yaradılıb (www.e-sosial.az).

Məşğulluq xidmətlərinin elektron müstəvidə qurulması ilə işsiz və işaxtaran şəxslərin əmək bazarına çevik inteqrasiyasına şərait yaradan "Məşğulluq” altsisteminin yaradılmasına başlanılıb və sistemin qurulması işləri artıq başa çatmaq üzrədir. "Pensiyaçının dostu” proqramı hazırlanaraq bu ilin əvvəlindən işə salınıb və bununla da elektron texnologiyalar üzərində şəffaf və operativ pensiya təyinatı mexanizmi qurulub. Bu il ərzində pensiya hüququ çatacaq şəxslərdən 70 faizinin pensiya hüququ yaranan gün və heç yerə müraciət etmədən, sənəd təqdim olunmadan məhz elektron qaydada pensiya təyinatı həyata keçiriləcək.

Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanan "İşsizin dostu” proqramı isə haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə imkan verib. Həmin proqram çərçivəsində cari ildə 30 minədək şəxsin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunması təmin ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video