14 Yanvar 2019 11:54
363
DÜNYA
A- A+

Türkiyə rəsmisi Donald Trampın təhdidinə cavab verdi


Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ Prezidentinin Ankaranın kürdlərə hücum edəcəyi təqdirdə bu ölkənin iqtisadiyyatını məhv edəcəyi ilə bağlı təhdidinə münasibət bildirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İ.Kalın deyib: "Cənab Tramp, terrorçular sizin tərəfdaşınız və müttəfiqiniz ola bilməz. Türkiyə ABŞ-dan strateji tərəfdaşlıqla bağlı öhdəliklərini yerinə yetirməyi və buna terror təbliğatı ilə kölgə salmamağı gözləyir”.

Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqə üzrə müşaviri professor Fəxrəddin Altun da bildirib ki, Ankara kürdlərin düşməni deyil, himayədarıdır. Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün Suriyada terror təşkilatlarına qarşı əməliyyatlar aparır və buna davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video