14 Yanvar 2019 11:44
312
DÜNYA
A- A+

İranda yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 16 nəfər həlak olub


Bu səhər Tehran yaxınlığında qəzaya uğrayan yük təyyarəsində ölənlərin sayı 16 nəfərə çatıb.

AZƏRTACxəbər verir ki, Bişkek şəhərindən İranın Kərəc şəhəri yaxınlığındakı "Payəm” hava limanına uçan "Boing -707” tipli yük təyyarəsinin qəzaya uğraması nəticəsində evlər dağılıb. Verilən məlumatlarda deyilir ki, pilotlar eniş zamanı yaranan nasazlığı aradan qaldıra bilməyiblər. Təyyarə yaşayış məntəqəsinin üzərinə düşərək evlərə külli miqdarda ziyan vurub. Təyyarənin pilotu xilas ola bilib.

Qeyd edək ki, təyyarənin düşdüyü ərazi şəhər kənarı olduğu üçün burada çox sayda bağ evləri var.

Hadisə yerinə təcili yardım və yanğınsöndürənlər gəlib.

Təyyarənin Qırğızıstana məxsus olduğu bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video