Alternative content

00:24 17 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Abşeron Milli Parkından FOTOREPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paris polisindən dəqiqləşdirmə: partlayış nəticəsində iki yanğınsöndürən ölüb
Paris polisindən dəqiqləşdirmə: partlayış nəticəsində iki yanğınsöndürən ölüb
ANA SƏHİFƏ / DÜNYA
21:26 12.01.2019

Fransa paytaxtının polis prefekturası Parisdə baş vermiş partlayış qurbanlarının sayı barədə məlumatı dəqiqləşdirib.

AZƏRTAC xəbər verir ki, France İnfo radiostansiyasının yaydığı yenilənmiş məlumata görə, hadisə nəticəsində iki yanğınsöndürən həlak olub.

Bir qədər əvvəl Fransanın daxili işlər naziri Kristof Kastaner partlayış nəticəsində dörd nəfərin öldüyünü, onlardan ikisinin yanğınsöndürən olduğunu bildirmişdi. Paris polis prefekturasının dəqiqləşdirməsinə əsasən, partlayış qurbanları arasında mülki şəxslər yoxdur.

Xatırladaq ki, partlayış bu gün səhər yerli vaxtla saat 9:00 radələrində Parisin Treviz küçəsində baş verib. Nəticədə bina yanıb, həmçinin yaxınlıqdakı tikililərə ziyan dəyib. Hadisə yerində xilasetmə xidmətləri işləyir.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Hadisənin "sarı jiletlilər”in bu gün keçirilən növbəti etiraz aksiyası ilə heç bir əlaqəsinin olmadığı bildirilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM