Alternative content

06:10 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda etiraz aksiyaları səngimir
Ermənistanda etiraz aksiyaları səngimir
ANA SƏHİFƏ / DÜNYA
21:16 12.01.2019

Ermənistanda davam edən etiraz aksiyalarının növbəti biri də Eçmiədzində keçirilib. Yanvarın 12-də Yerevan-Eçmiədzin magistral yolunu bağlayan etirazçılar girov müqabilində həbsdən azad olunduğu iddia edilən general Manvel Qriqoryanın dərhal istintaq təcridxanasına qaytarılmasını tələb ediblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, insidentin qarşısını almaq və yolu açmaq üçün əraziyə cəlb olunmuş polislərlə aksiya iştirakçıları arasında qarşıdurma olub. Yerevanın əsas aeroportu olan "Zvartnots”a gedən yol da bağlandığından etirazçıları dağıtmaq üçün əlavə polislər gətirilib. Uzunsürən danışıqlardan sonra aeroport yolunu açmaq mümkün olub.

General Qriqoryan qanunsuz silah saxlama və hərbçilərin ərzaq payını mənimsəmə ittihamları ilə həbs olunmuşdu.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM