Alternative content

01:03 16 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
01:27 15.06.2019 Göz cərrahı
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp ABŞ-da fövqəladə vəziyyət elan etməkdən vaz keçdi
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etməkdən vaz keçdi
ANA SƏHİFƏ / DÜNYA
14:48 12.01.2019


ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar inşasının maliyyələşdirilməsi üçün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etməyə hələ hazır deyil. Dövlət başçısının müvafiq hüququ var, lakin bu addımı tezliklə atmaq niyyəti yoxdur. Bu barədə Trampın özü məlumat vermişdir.

Bu ərəfədə Prezident Dünya İqtisadi Forumuna qatılmaq üçün İsveçrənin Davos şəhərinə səfərini ləğv etmişdir. Dövlət başçısı qərarını sərhədin mühafizəsi məsələsində demokratların inadkarlığı ilə izah etmişdir.

Xatırladaq ki, ötən ayın 21-də ABŞ Konqresi Ağ evin başçısı ilə fikir ayrılığına görə növbəti maliyyə ili üçün büdcə layihəsini təsdiqləməmişdir. Tramp Meksika ilə sərhəd boyunca divarın inşası üçün 5,6 milyard dollar ayırmağı tələb edir. Demokratlar isə sərhədin müdafiəsinə cəmi 1,3 milyard dollar yönəltməyə razıdırlar.

Növbəti gün ABŞ-da bir sıra federal orqanların işi maliyyə olmadığı üçün müvəqqəti olaraq dayandırılmışdır. Bu məsələnin həllinədək 800 min dövlət qulluqçusu əməkhaqqı almayacaq. Qulluqçuların bir qismi məcburi ödənişsiz məzuniyyətə göndərilmişdir. Dövlətin imtina edə bilmədiyi əməkdaşlar isə işlərini maaşsız davam etdirəcəklər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM