Alternative content

01:17 17 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
00:27 17.01.2019 Məzənnə sabitdir
00:25 17.01.2019 İnflyasiya - 2,3 faiz
FOTOXRONİKA
Abşeron Milli Parkından FOTOREPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Yaponiya ilə sülh müqaviləsi bağlamaq üçün əsas şərti açıqladı
Rusiya Yaponiya ilə sülh müqaviləsi bağlamaq üçün əsas şərti açıqladı
ANA SƏHİFƏ / DÜNYA
14:46 12.01.2019


Rusiya ilə Yaponiya arasında sülh müqaviləsinin bağlanması üçün əsas şərt Tokionun İkinci Dünya müharibəsinin yekunlarını tamamilə tanımasıdır. Bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyi çıxış etmişdir. Söhbət ilk növbədə Rusiyanın Kuril adaları üzərində suverenliyinin tanınmasından gedir.

Nazirliyin bu şərhi Yaponiyanın xarici işlər naziri Taro Kononun dünən Moskvaya başlamış səfəri ilə əlaqədardır. Sülh müqaviləsinin bağlanması problemi üzrə danışıqların birinci raundu sabah keçiriləcək.

Xatırladaq ki, Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi 70 ildən çoxdur imzalanmır. Tokio müqaviləni bağlamaq üçün İturup, Kunaşir, Şikotan və Xabomai adalarını qaytarmağı tələb edir. Moskva isə hesab edir ki, Cənubi Kuril adaları İkinci Dünya müharibəsinin yekunlarına görə SSRİ-nin tərkibinə daxil olmuşdur və onların üzərində suverenlik şübhə doğurmur.

SSRİ və Yaponiyanın 1956-cı il 19 oktyabr tarixli Birgə Bəyannaməsinə əsasən, Moskva dörd adadan ikisinin (Xabomai və Şikotan) Yaponiyaya verilməsinə o şərtlə razılaşır ki, bundan əvvəl sülh müqaviləsi imzalansın.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM