Alternative content

06:39 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “China Daily” qəzeti Bakının müasir memarlığından yazır
“China Daily” qəzeti Bakının müasir memarlığından yazır
ANA SƏHİFƏ / SİYASƏT
14:34 12.01.2019

Çinin nüfuzlu "China Daily” qəzeti Azərbaycan paytaxtının müasir memarlıq nümunələri haqqında məqalə yayıb.

Qəzetin AZƏRTAC-ın materialı əsasında təqdim etdiyi "Müasir Bakının memarlıq rəmzləri” adlı məqalədə qeyd olunur ki, Azərbaycan paytaxtı həmişə özünün memarlıq görkəmi ilə şöhrət qazanıb. Bildirilir ki, şəhərdə Qız qalası, Şirvanşahlar sarayı kimi tarixi memarlıq nümunələri ilə yanaşı, müasir dövrdə tikilən möhtəşəm binalar göz oxşayır.

Yazıda vurğulanır ki, ölkənin sürətli inkişafı ilə bərabər paytaxtın da görkəmi dəyişib, bir-birindən gözəl tikililər inşa edilib. Həmin binalar hazırda müasir Bakının memarlıq rəmzləri hesab olunur. Qəzet nümunə olaraq dünyaca məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa olunan Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı meydanı yaxınlığındakı "Crystal Hall, "Külək-alov” konsepsiyası əsasında tikilən "SOCAR Tower”, səthi tamamilə LED ekranlarla örtülən "Alov qüllələri”, Bakı Ağ Şəhər layihəsi, "Park Bulvar” ticarət mərkəzi, habelə inşası davam edən iri tikililər barədə məlumat verib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM