Alternative content

00:56 16 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
01:27 15.06.2019 Göz cərrahı
01:20 15.06.2019 5 ayda 15 faiz artım
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsini dəstəklədi
Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsini dəstəklədi
ANA SƏHİFƏ / DÜNYA
14:26 12.01.2019


Makedoniya parlamenti ölkənin Şimali Makedoniya Respublikası adlandırılması barədə qərar qəbul etmişdir. Konstitusiyaya müvafiq dəyişiklikləri 120 deputatdan 81-i dəstəkləmişdir. İndi ölkənin adınının dəyişdirilməsi Yunanıstan parlamentində də təsdiqlənməlidir.

Xatırladaq ki, ölkənin adının dəyişdirilməsi barədə qərar ötən ilin iyununda Yunanıstan və Makedoniyanın baş nazirləri Aleksis Sipras və Zoran Zayev tərəfindən qəbul olunmuşdur. Qərar Makedoniya parlamentində təsdiqləndikdən sonra Yunanıstanda da analoji səsvermə keçirilməlidir.

Adla bağlı mübahisə Makedoniya 1991-ci ildə Yuqoslaviyanın tərkibindən çıxıb milli müstəqilliyə nail olduqdan sonra başlamışdır. Afina Makedoniya adlı dövləti tanımırdı, çünki Yunanıstanda eyni adda vilayət var və yeni dövlət həmin vilayətə iddia edə bilərdi.

Adın dəyişdirilməsi Makedoniyanın NATO və Avropa İttifaqına daxil olmasına imkan verəcək, çünki iki ölkə arasında uzun illər davam edən münaqişə öz həllini tapacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM