Alternative content

05:37 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
02:36 12.01.2019


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 477; 2008, № 10, maddə 886; 2009, № 12, maddə 966; 2010, № 10, maddə 837; 2011, № 3, maddə 162; 2013, № 5, maddə 475; 2014, № 11, maddə 1347; 2015, № 5, maddə 495) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.1-ci, 1.0.4-cü, 6.1-ci, 7.3-cü, 8.2-ci, 8.8-ci, 10.3-cü maddələrinə "daimi yaşayan” sözlərindən sonra "və ya qaçqın statusu almış” sözləri əlavə edilsin.

2. 3-cü maddəyə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”,” sözlərindən sonra "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”,” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 5.0.3-1-ci və 5.0.3-2-ci maddələr əlavə edilsin:

"5.0.3-1. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər barədə məlumatlar;

5.0.3-2. Azərbaycan Respublikasında qaçqın statusu almış vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;”.

4. 7.5.1-1-ci maddədə "daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri "daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq olaraq” sözləri ilə əvəz edilsin və həmin maddəyə "icazə” sözündən sonra "və ya qaçqın” sözləri əlavə edilsin.

5. 8.6-cı maddəyə "çıxarıldıqda” sözündən sonra ", yaxud Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qaçqın statusunu itirdikdə (Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdiyi hal istisna olmaqla) və ya ondan məhrum edildikdə onlara verilmiş” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM