11 Yanvar 2019 12:36
445
DÜNYA
A- A+

Blokçeyn texnologiyası elektron səsvermə sistemində tətbiq olunacaq


Tailandın informasiya və kommunikasiya tətbiqlərinin işlənilməsinə cavabdeh olan Elektronika və Kompüter Texnologiyaları Milli Mərkəzi (NECTEC) blokçeynə əsaslanan elektron səsvermə sistemi üzərində işləyir. Seçicilər 5G texnologiyasını qəbul etdikdən sonra yeni platformaya qoşulacaqlar.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, NECTEC dövlət, regional və ictimai seçkilərin keçirilməsi, həmçinin şirkətlərdə səsvermələr zamanı elektron səsvermə üçün tətbiq oluna bilən blokçeyn texnologiyası hazırlayıb. Sistemin məqsədi dələduzluq hadisələrinin aradan qaldırılması və məlumatların tamlığının qorunmasından ibarətdir. Ölkə vətəndaşları artıq seçki məntəqələrinə baş çəkməyərək yalnız internet vasitəsilə səsvermədə iştirak edəcəklər. Texnologiya insanlara mobil telefonun kamerası ilə yoxlamadan keçməklə elektron poçt vasitəsilə səs vermək imkanı təqdim edəcək. Bununla yanaşı, səsvermənin nəticələri daha sürətli emal ediləcək və namizədlər nəticələri elektron formada yoxlaya biləcəklər.

Blokçeyn texnologiyası elektron səsvermə sahəsində böyük imkanlara malikdir, ancaq onun genişmiqyaslı tətbiqinə müəyyən qədər vaxt lazımdır. Bunun səbəbi bütün seçicilərin mobil qurğularının internetə çıxışa və kameranın köməyi ilə yoxlamanın həyata keçirilməsi imkanına malik olması tələbidir.

NECTEC mütəxəssislərinin sözlərinə görə, hazırda sistem universitet, regional və ya ictimai seçkilər kimi miqyası böyük olmayan səsvermə proseslərinin keçirilməsi zamanı sınaqdan keçirilməyə hazırdır. Mərkəz sistemi Tailandın Milli Elm və Texnologiyanın İnkişafı Agentliyində istifadə etməyi planlaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video