11 Yanvar 2019 00:30
900
Qanunlar
A- A+

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1190-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597, № 11, maddələr 1262, 1263, № 12, maddə 1490; 2014, № 5, maddə 463, № 7, maddə 760, № 11, maddə 1375; 2015, № 7, maddə 820, № 12, maddə 1440; 2016, № 2, II kitab, maddə 222) əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. "Ağsu rayonu” bölməsi üzrə:

12.15-ci sətirdə "Gürcüvan” sözü hər iki halda "Xanbulaq” sözü ilə əvəz edilsin.

2. "Astara rayonu” bölməsi üzrə:

13.6-cı sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Qamışovka” sözü "Qamışoba” sözü ilə əvəz edilsin.

3. "Goranboy rayonu” bölməsi üzrə:

3.1 23.1-ci sətirdə "Ağamalıoğlu” sözü hər iki halda "Düzqışlaq” sözü ilə əvəz edilsin;

3.2. 23.12-ci sətirdə "Əzizbəyov” sözü hər iki halda "Kəhrizli” sözü ilə əvəz edilsin.

4. "Göygöl rayonu” bölməsi üzrə:

4.1. 25.8-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Xanlar” sözü "Ağdağ” sözü ilə əvəz edilsin;

4.2. 25.24-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Mixaylovka” sözü "Bənövşəli” sözü ilə əvəz edilsin.

5. "Xaçmaz rayonu” bölməsi üzrə:

5.1. 27.2-ci sətirdə "Alekseyevka” sözü hər iki halda "Çaykənarı” sözü ilə əvəz edilsin;

5.2. 27.26-cı sətirdə "Müqtədir” sözü hər iki halda "İstisu” sözü ilə əvəz edilsin;

5.3. 27.37-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Krasnı Xutor” sözləri "Şıxlı” sözü ilə əvəz edilsin.

6. "Xızı rayonu” bölməsi üzrə:

6.1. 28.2-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Çistı Klyuç” sözləri "Safbulaq” sözü ilə əvəz edilsin;

6.2. 28.10-cu sətirdə "Şuraabad” sözü hər iki halda "Şorabad” sözü ilə əvəz edilsin.

7. "Qazax rayonu” bölməsi üzrə:

33.7-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Kommuna” sözü "Bala Çaylı” sözləri ilə əvəz edilsin.

8. "Quba rayonu” bölməsi üzrə:

36.14-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Novonikolayevka” sözü "Çaydüzü” sözü ilə əvəz edilsin.

9. "Qusar rayonu” bölməsi üzrə:

37.25-ci sətirdə "Şirvanovka” sözü hər iki halda "Şirvanlı” sözü ilə əvəz edilsin.

10. "Masallı rayonu” bölməsi üzrə:

40.12-ci sətirdə "Kalinovka” sözü hər iki halda "Viləş” sözü ilə əvəz edilsin.

11. "Oğuz rayonu” bölməsi üzrə:

42.3-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Astraxanovka” sözü "Çaldaş” sözü ilə, "Vladimirovka” sözü "Çayqovuşan” sözü ilə əvəz edilsin.

12. "Saatlı rayonu” bölməsi üzrə:

12.1. 43.15-ci sətirdə "Xanlarkənd” sözü hər iki halda "Nabatkənd” sözü ilə əvəz edilsin;

12.2. 43.19-cu sətirdə "Qarayevkənd” sözü hər iki halda "Orta Muğan” sözləri ilə əvəz edilsin.

13. "Samux rayonu” bölməsi üzrə:

13.1. 46.12-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Lüksemburq” sözü "Köbər” sözü ilə, "Qırmızı Samux” sözləri hər iki halda "Qaraağaclı” sözü ilə əvəz edilsin;

13.2. 46.14-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Əli Bayramlı” sözləri "Sarıqaya” sözü ilə əvəz edilsin.

14. "Şəmkir rayonu” bölməsi üzrə:

14.1. 50.27-ci sətirdə "Qasım İsmayılov” sözləri hər iki halda "Ağlavaşlı” sözü ilə əvəz edilsin;

14.2. 50.31-ci sətirdə "Muxtariyyat” sözü hər iki halda "Qədimqala” sözü ilə əvəz edilsin.

15. "Yevlax rayonu” bölməsi üzrə:

55.24-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Bünyadabad” sözü "Yeni Çobankərə” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video