10 Yanvar 2019 22:28
297
DÜNYA
A- A+

Tramp demokratlarla danışıqları kəsdi


ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar inşasının maliyyələşdirilməsi məsələsi və federal orqanlarının işinin qismən dayandırılması barədə Konqresdəki Demokratlar Partiyasının liderləri ilə 19 gün ardıcıl olaraq davam edən danışıqları kəsmişdir.

Görüşdə Senatdakı demokratlar azlığının başçısı Çak Şumer və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi iştirak etmişlər. Tramp görüşdən sonra danışıqları vaxt itkisi kimi qiymətləndirmişdir. Bununla bağlı o, Twitterdəki səhifəsində yazmışdır: "Mən soruşdum ki, əgər federal orqanların bloklanmasına son qoysam, yaxın 30 gün ərzində nə baş verəcək? Siz sərhədlərin təhlükəsizliyi planını qəbul edəcəksinizmi? Nensi dedi: "Xeyr”. Mən vidalaşdım - artıq heç nə alınmayacaq”.

Bir müddət sonra Şumer təsdiqləmişdir ki, Pelosinin mənfi cavabından sonra Tramp demişdir: "Bu halda bizim müzakirə edəcəyimiz bir şey yoxdur”. Bununla məsləhətləşmələr bitmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video