10 Yanvar 2019 15:15
2486
Səhiyyə
A- A+

Qanı duruldan vasitələr


Qanın həddindən artıq duru və ya qatı olması xəstəlikdir, normadan çox duru olanda qanaxmaya meyillik olur, qatı olanda isə qanın normal dövranında problemlər əmələ gəlir, toxumalar lazımınca qidalana bilmir. Hər iki sistemin işinə qaraciyər cavabdehdir, ona görə də laxtalanma problemləri olanlar ilk növbədə qaraciyərin müalicəsi qayğısına qalmalıdırlar. Qanı durulaşdırmağa qidalanmadan başlamaq lazımdır, çoxlu ət qəbulu, az su içmək, az hərəkət etmək, çox duzlu və yağlı yemək qanın qatılaşmasına səbəb olur. Bunun əksinə, çiy tərəvəz yeməkləri, salatlar, mövsümi meyvələr, çoxlu çiy su içilməsi, tünd çay və tünd qəhvədən imtina edilməsi isə qanın durulmasına aparıb çıxarır.

AZƏRTAC tibbi saytlara istinadla qanı durulaşdıran bitkiləri və onların faydalı xüsusiyyətlərini təqdim edir.

Məkkəgülü – həm qanı duruldur, həm də qan təzyiqini aşağı salır. Onun yeməkdən sonra içilməsi məsləhətdir.

Sofora – müalicə üçün bitkinin qönçələrindən istifadə olunur, əsas təsiredici maddəsi rutindir. Bu maddə damarların mənfəzinə yığılmış yağ və lipidləri təmizləyir.

Öksəotu – parazit bir bitkidir, ağacların gövdəsi üzərində bitir, onların hesabına qidalanır və ağacı qurudur. Təzyiqi çox təsirli şəkildə aşağı salır, kapilyar damarların keçiriciliyini yaxşılaşdırır.

Nanə – həm yaxşı əsəb sakitləşdirici, həm də qandurulaşdrıcı vasitədir. Dəmləməsinin xoş ətri əhvalı yaxşılaşdırır,

Zəncəfil – hər gün istifadə edilməsi lazım olan bitkidir. Təzə zəncəfil kökündən istifadə etmək daha yaxşıdır. Kökdən qoz böyüklükdə hissə kəsilir, qabığı soyulur, 20 qəpiklik boyda doğranır, 3 stəkanlıq termosda dəmlənir və gündə 3 dəfə içilir. Əlləri və ayaqları soyuq olanlar, şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalıdır.

Sarıkök – dağılmış qaraciyər hüceyrələrini bərpa edir. Gündə iki dəfə 1 çay qaşığı sarıkök tozu 1 stəkan qaynar suda həll edilərək içilir.

Udi-hindi – qan durulducu və iltihab əleyhinə təsir göstərən güclü vasitədir. Gündə iki dəfə 1 çay qaşığı üyüdülmüş toz 1 stəkan qaynar suda həll edilir, 1 çay qaşığı bal əlavə edilərək içilir.

Biyan kökü – halsız xəstələri sürətlə sağlamlaşdırır, bütün növ bronxitlərdə və qan laxtalanmasında faydalı təsir göstərir.

Sarımsaq – qandurulducu təsiri çox güclüdür, təzyiqi aşağı salır, bədəni virus xəstəliklərindən qoruyan ən yaxşı vasitədir.

Limon – həm qandurulducu, həm də damar elastikliyini artıran vasitədir, tərkibi C vitamini ilə zəngindir.

Hicama (qan almaq) olunmaq orqanizmi yeniləyir, dəri altındakı tromblarla zəngin çirkli qanı bədəndən xaric edir və yerinə oksigenlə zəngin təzə qan gəlir, bununla da qanı durulaşdırır.

Zəli – zəlinin ağız suyunda hirudin və ona bənzər 105 maddə tapılıb ki, bunların əksəriyyəti qanı durulaşdırır, trombları əridir, hətta tutulmuş qan damarlarını açır, qan dövranını bərpa edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video