15 Dekabr 2018 15:35
288
DÜNYA
A- A+

Şakira 15 milyon avro vergi ödəməməkdə ittiham edilir


İspaniya hökuməti kolumbiyalı estrada ulduzu Şakiranı təxminən 15 milyon avro məbləğində vergi ödəməkdən yayınmaqda ittiham edir. Vergi orqanları tədqiqat keçirdikdən sonra belə bir qənaətə gəlmişdir ki, müğənni 2012-2014-cü illərdə ümumilikdə 14,5 milyon avroya yaxın vergi ödəməmişdir. Bu məbləğdən əlavə, ondan faizlər də tələb olunur. Fiskal orqanların iddiası cəmi 19,4 milyon manat təşkil edir.

Srağagün Barselona prokurorluğu Şakiraya qarşı altı vergi cinayəti ilə bağlı ittiham irəli sürmüşdür. Məsələn, bildirilir ki, müğənni əslində üç il müddətində həyat yoldaşı, futbolçu Jerar Pike ilə İspaniyada yaşasa da, rəsmi yaşayış yeri kimi Baham adalarını göstərmişdir.

İspaniya qanunvericiliyinə görə, təqsiri sübuta yetiriləcəyi təqdirdə Şakiranı cərimə və ikiillik həbs cəzası gözləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video