15 Dekabr 2018 12:55
437
SİYASƏT
A- A+

“Veçerni Nyu-York” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub


ABŞ-ın Nyu-York şəhərində rusca nəşr olunan "Veçerni Nyu-York” qəzetində Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Heydər Əliyevin sovet dövründə Azərbaycan SSR DTK-nın sədrindən Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavininədək ən yüksək vəzifələrdə işlədiyi qeyd olunur. Vurğulanır ki, Azərbaycanın Ümummilli Lideri 1980-ci illərin ortalarında Sov.İKP MK Siyasi Bürosunun üzvü olub, lakin Qorbaçovun siyasətinə etiraz əlaməti olaraq, tutduğu bütün vəzifələrdən istefa verib. 1990-cı ilin yanvarında Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində bəyanatla çıxış edərək, sovet qoşunlarının Bakıda dinc əhaliyə qarşı törətdikləri qırğını kəskin şəkildə pisləyib və bu kütləvi qətliamın təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edib. Məqalədə sonra qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaranmış münaqişə ilə bağlı SSRİ rəhbərliyinin siyasətinə etiraz edən Heydər Əliyev kommunist partiyasının sıralarını tərk edib.

Daha sonra məqalə müəllifi yazır ki, 1993-cü ildə müstəqil Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas edib. "O, ABŞ şirkətlərinin də daxil olduğu beynəlxalq konsorsiumla neftin hasilatı və pay bölgüsünə dair "Əsrin müqaviləsi” adlı sənədi imzalamaqla Azərbaycana böyük həcmdə Qərb sərmayəsinin cəlb olunmasını təmin edib. Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyini möhkəmləndirən, vətəndaşlar üçün yeni iş yerlərinin yaradılmasını təmin edən və gələcək onilliklər üçün Azərbaycan Respublikasının iqtisadi inkişafının möhkəm təməlini qoyan Bakı-Tbilisi-Ceyhan layihəsinin təşəbbüskarı və müəllifi olub. Məqalədə vurğulanır ki, bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə postsovet məkanında ən yüksək yeri tutur.

Məqalədə diqqətə çatdırılır ki, Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni, bir çox medallarla təltif olunub, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eləcə də bir çox xarici ölkələrin orden və medalları, bir sıra beynəlxalq mükafatlar, dünyanın nüfuzlu universitetlərinin fəxri doktoru və digər fəxri adlar alıb.

Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşları üçün bərabər hüquqları təmin edib. Sonda vurğulanıb ki, Sov.İKP MK Siyasi Bürosunun əksər üzvlərindən fərqli olaraq, Ulu Öndər XXI əsrdə də dünyanın siyasi gündəmində yer tutan ən mühüm siyasətçilərdən biri olub.

Məqalədə 2003-ci ilin dekabrında Heydər Əliyevin vəfatı ilə bağlı başsağlığı verən dünya liderləri - Corc Buş, Jak Şirak, Vladimir Putin, Toni Bleyer, Hu Tszintao və Rəcəb Tayyib Ərdoğanın adları sadalanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video