14 Dekabr 2018 18:37
733
DÜNYA
A- A+

Bu il ABŞ-da 30 nəfərdən az adam edam edilib


2018-ci ildə ABŞ-da edam olunmuş məhbusların sayı 1990-cı illərdən bəri xeyli azalmışdır. Buna Ölüm Cəzaları üzrə Informasiya Mərkəzinin yaydığı təhqiqatın nəticələri dəlalət edir.

Tədqiqatda deyilir ki, bu il ABŞ-da 25 illik dövrdə edam olunmuş adamların sayının 30 nəfərdən aşağı olduğu üç ildən biridir. Eyni zamanda 2018-ci ildə 42 ölüm hökmü çıxarılmışdır ki, bu da belə hökmlərin sayının azalması tendensiyasını təsdiqləyir. 1990-cı illərdə ölkədə hər il təxminən 300 nəfər ölüm cəzasına məhkum edilirdi. Hökmlərin əksəriyyəti Florida və Texasda çıxarılmışdır.

Hazırda ölüm cəzasına məhkum olunmuş 2500-ə yaxın məhbus hökmün icrasını gözləyir. Eyni zamanda 1973-cü ildən bəri ABŞ-da edam olunmuş 164 nəfərə bəraət verilmişdir. Bu da ölüm cəzaları çıxarılarkən buraxılmış səhvlərə dəlalət edir.

1972-ci ildə ABŞ Ali Məhkəməsi "Furman Corciya qarşı” işində belə qənaətə gəlmişdi ki, ölüm cəzası Konstitusiyaya ziddir və sərt cəzadır. Lakin 1976-cı ildə məhkəmə bu cəza tədbirinə dair ştatların öz qanunlarını müəyyənləşdirmək hüququnu tanımışdır.

Ölüm hökmü hələ də 30 ştatda rəsmi cəza kimi qalır. Bu cəzanı ləğv etmiş ilk ştatlar Viskonsin, Miçiqan və Mendir. Bu ştatlar hələ XIX əsrdə edamdan imtina etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video