13 Dekabr 2018 20:10
295
DÜNYA
A- A+

Mey Böyük Britaniyanın Baş naziri vəzifəsində qaldı


Hakim Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın Baş naziri Tereza Mey İcmalar Palatasında səsvermə zamanı mühafizəkar deputatların dəstəyi sayəsində vəzifələrini qoruyub saxlamışdır. Bu barədə gizli səsvermənin yekunlarından danışarkən Mühafizəkarlar Partiyasının 1922 komitəsinin başçısı Qrem Breydi məlumat vermişdir.

Zərurət yarananda partiyanın yeni sədrinin müəyyənləşdirilməsində əsas rol oynayan parlament qurumu liderinin dediyinə görə, Mühafizəkarlar Partiyasının 200 deputatı Meyin lehinə səs vermişdir. 117 deputat Baş nazirin əleyhinə çıxmışdır. Vəzifəsini qorumaq üçün Meyə səs verənlərin yarısının dəstəyi üstəgəl bir səs qazanmaq tələb olunurdu.

Müşahidəçilərin fikrincə, 83 səs fərqi ilə üstünlük qazanmaq Meyin böyük qələbəsidir. Politoloqlar hesab edirlər ki, Baş nazir indi "sərt Brexit”ə nail olmaq istəyən əleyhdarlarının səsini kəsə biləcək və Meyin Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması şərtləri barədə Aİ ilə sövdələşməni parlamentdən keçirmək şansları artır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video