12 Dekabr 2018 19:26
336
CƏMİYYƏT
A- A+

Astarada “Müstəqilliyimizin qurucusu - Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir


Astara rayonunda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Müstəqilliyimizin qurucusu - Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə xalqımızın ümummili lideri, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəqlik sükutla yad edilmiş, "Müstəqilliyimizin qurucusu - Heydər Əliyev” adlı film nümayiş etdirilmişdir.

Konfransda çıxış edən rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, Azərbaycanın tarixi və taleyi xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.

Qeyd olunmuşdur ki, sovet dönəmində və müstəqillik illərində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən yüksək inkişaf ümummilli liderin yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti nəticəsində olmuşdur. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə doğma Vətəninin tərəqqisi üçün yorulmadan mübarizə aparmış dahi şəxsiyyətdir. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. O, zəngin mədəniyyəti, tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxararaq xalqımıza əmanət etmişdir. Bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir.

Ulu öndərin arzu və ideyaları bu gün onun siyasi varisi, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Tədbirdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov, Rayon Prokurorluğunun böyük müstəntiqi Ruslan Babzadə, Asxanakəran kənd İƏD nümayəndəliyi üzrə Ağsaqqallar Şurasının sədri Ramiz Gənciyev, Sərək kənd folklor evinin direktoru Yaqut Məmmədova, rayon icra hakimiyyəti aparatının məsul işçisi İsmət Quliyev çıxış etmişlər.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video